"Azərbaycanda gündəlik təqribən minə yaxın yoluxma olur. Ümumi vəziyyət yaxşıdır".
Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "TMW Radio"ya müsahibəsində deyib.
İtaliyalı mütəxəssis Bakıya qayıdacağı tarixi açıqlayıb:
"Ölkədə sərt karantin rejimi tətbiq olunur. Bu, yanvarın 18-də başa çatacaq. Azərbaycana məhz həmin tarixdən sonra yollanacam".

