"De Byazi özünü də aldadır, bizi də - Pullar yenə havaya sovrulacaq"

12 Yanvar 2021 14:20 Milli komanda 864
"De Byazi özünü də aldadır, bizi də - Pullar yenə havaya sovrulacaq"

“Canni de Byazi hiss olunur ki, qürurlu insandır, nəsə eləməyə çalışır. Amma çox yaxşı bilir ki, nəticə verməyəcək”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq hücumçusu Kənan Kərimov yığmamızın hazırkı durumu barədə danışarkən deyib.

45 yaşlı futbol veteranı millimizin baş məşqçisi Canni de Byazinin iddialı açıqlamalarına münasibət bildirib. Son olaraq Region Liqasında “Şamaxı”nın baş məşqçisi vəzifəsini icra edən Kərimov italiyalı çalışdırıcıdan əlahiddə heç nə gözləmədiyini söyləyib:

“Onun sehrli çubuğu yoxdur ki. De Byazi özünü də aldadır, bizi də. Axırda “alınmadı” deyəcək, pulunu alıb gedəcək. Görürsən ki, çalışır, klubların məşqlərini izləyir, futbolçulara baxır.

Amma bu da yekun nəticəni dəyişməyəcək. Millimiz hansısa oyunda 6-7 qol buraxanda ayılacağıq. Heç olmasa Lüksemburq futbolundakı inkişafa baxıb nümunə götürsünlər.

AFFA axırda günahı de Byazinin üstünə atacaq ki, o boyda İtaliyadan məşqçi gətirdik, bacarmadı. Belədə yenə pullar havaya sovrulacaq, daha bir neçə il itiriləcək” (apasport.az).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti