Millimizin məşqçisi İngiltərənin bu klubunda işləmək istəyir

12 Yanvar 2021 13:40 Milli komanda 708
Millimizin məşqçisi İngiltərənin bu klubunda işləmək istəyir

Azərbaycan millisinin məşqçisi Benito Karbone karyerasını davam etdirmək istədiyi ölkənin adını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Canni De Byazinin köməkçisi olan 50 yaşlı mütəxəssis "Thetelegraphandargus" nəşrinə müsahibəsində xəyalının İngiltərədə işləmək olduğunu söyləyib.

İtaliyalı məşqçi sabiq klubu "Bredford"a qayıtmaq ehtimalının olduğunu da bildirib: "Bəlkə də, bir gün ola bilər. "Bredford" mənim üçün xüsusi klubdur. Xəyalım İngiltərəyə məşqçi kimi qayıtmaqdır".

AFFA Canni De Byazi və köməkçiləri ilə 1.5 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti