"Bunun üçün buradayıq, istəyimizi reallaşdırmaq çox çətin olacaq"

9 Yanvar 2021 19:20 Milli komanda 708
"Bunun üçün buradayıq, istəyimizi reallaşdırmaq çox çətin olacaq"

“2002-ci ildəki dünya çempionatından bəri mundiala qatıla bilmirik. 20 illik həsrətə son qoymaq istəyirik”.

Sportinfo.az xəbər verir ki, bunu İrlandiya yığmasının baş məşqçisi Stefan Kenni deyib.

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan, Portuqaliya, Serbiya və Lüksemburqla A qrupunda mübarizə aparacaq irlandların hədəfi final mərhələsi olacaq.

Kenni bunun üçün əllərindən gələni edəcəklərini söyləyib: “İrlandiya yığmasının yenidən dünya çempionatında iştirakını təmin etmək arzusundayıq. Bunun üçün buradayıq.

Nəzərə alaq ki, Avropa komandaları üçün cəmi 13 yer ayrılıb. Bu mənada istəyimizi reallaşdırmaq çox çətin olacaq. Seçmə mərhələdə güclü qrupa düşsək də, bu, fikrimizi dəyişmir”.

İrlandiya qrupda ilk oyununu martın 24-də səfərdə Serbiyaya qarşı keçirəcək. Azərbaycan millisi isə həmin gün Portuqaliyanın qonağı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti