AFFA xahiş etdi, De Byazi bu işi də öz üzərinə götürdü

7 Yanvar 2021 13:00 Milli komanda 1 737
AFFA xahiş etdi, De Byazi bu işi də öz üzərinə götürdü

Azərbaycanın əsas və gənclərdən ibarət millilərinin futbolçularının legioner həyatı yaşamaq perspektivi yaranıb.

AFFA bununla bağlı Canni De Byazi ilə məsləhətləşib.

Federasiya rəhbərliyi yığmanıın baş məşqçisindən bu məsələdə kömək istəyib. İtaliyalıı çalışdırıcı təklifi müsbət qarşılayıb.

65 yaşlı mütəxəssis əlaqələrindən yararlanaraq, mililərimizin oyunçularını İtaliya və İspaniya kimi bir neçə Avropa ölkəsinin klublarına istiqamətləndirəcəyini bildirib.

O, bunun vacib olduğunu, komandanın ümumi potensialını yüksəldəcəyini deyib. De Byazi Azərbaycanda istedadlı gənclərlə tez-tez qarşılaşdığını, sadəcə, təqdimatın zəifliyi səbəbindən xarici klubların onları diqqət qaçırdığını söyləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti