DÇ-2022-nin seçmə mərhələsi ilə bağlı ehtimallar açıqlanıb.
Sportinfo.az xəbər verir ki, Avropa zonasında A qrupunda mübarizə aparacaq Azərbaycan yığmasının şansları da bəlli olub.
Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə 5 komandalı qrupda mübarizə aparacaq Canni de Byazinin yetirmələrinin Qətər-2022-yə birbaşa vəsiqə verən 1-ci yer şansı 0,02-a bərabərdir.
Qrupun favoriti Portuqaliyadır – 83,91 faiz. Serbiyanın 13,39, İrlandiyanın 2,68 faiz birincilik şansı var. Yalnız Lüksemburqda bu rəqəm 0-a bərabərdir.
Millimiz ikinci yerlə pley-offa vəsiqə qazana bilər. Belə ehtimal 1,19-dur. Millimiz daha çox 4-cü yerə namizəd sayılır. Bu da Lüksemburqdan üstün olmaq sayəsində mümkün olub.
1-ci yer: 0,02
2-ci yer: 1,19
3-cü yer: 8,55
4-cü yer: 44,52
5-ci yer: 45,72

