Karantində evlənən yığmamızın futbolçusunun toyundan VİDEO

6 Yanvar 2021 11:00 Milli komanda 1 521
Karantində evlənən yığmamızın futbolçusunun toyundan VİDEO

“Sabah”ın yarımmüdafiəçisi Ozan Can Kökçü subaylığın daşını atıb.

Sportinfo.az xəbər verir ki, gənc futbolçunun doğulduğu Niderlandda nikah mərasimi təşkil olunub.

Premyer Liqada yaranmış fasilədən istifadə edərək Hofddorp şəhərinə ailəsinin yanına gedən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvünün nişanlısı Sevil Novruzla yerli adət-ənənəyə uyğun olaraq İmam mərasimi də baş tutub.

22 yaşlı perspektivli oyunçunun şad günü koronavirus pandemiyasi səbəbindən tətbiq edilən qadağalar çərçivəsində reallaşıb.

Nigah mərasimində yalnız Kökçünün ailə üzvləri iştirak edib. Hücumçunun atası Halis bəy və anası Sibel xanım övladının azərbaycanlı ilə nikaha girməsindən məmnunluq ifadə edib, onlara xoşbəxtlik arzulayıblar.

Ozan Can Kökçü 2019-cu ilin yayından “Sabah”ın şərəfini qoruyur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti