Dayısı kömək eləmədi, Rəfiyev dostuna millidə iş verdi

5 Yanvar 2021 17:40 Milli komanda 1 267
Dayısı kömək eləmədi, Rəfiyev dostuna millidə iş verdi

Azərbaycan millisinin sabiq futbolçusu İlqar Qurbanov özünə yeni iş yeri tapıb.

Ötən mövsümün sonunda “Sumqayıt” dan ayrıldıqdan sonra klubsuz qalan Qurbanov AFFA-da işləyəcək.

O, yığmaya skaut təyin olunub.

34 yaşlı İlqar Qurbanov “Fənərbağça”nın yetirməsidir. O, Türkiyədə “Sivasspor”, “Boluspor”, “Mersin İdmanyurdu”da, Azərbaycanda isə “Xəzər Lənkəran”, “Olimpik”, “Qarabağ”, “Qəbələ” və “Sumqayıt”da oynayıb.

İlqar AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovun bacısı oğludur. Amma bu təyinatda dayısının heç bir rollu olmayıb. Onun işə düzəlməsini Riad Rəfiyev təşkil edib.

Axı onlar yaxın dostdur. “Sumqayıt“ın prezidenti uzun illərdir İlqarla sıx münasibətdədir. Rəfiyev dostunu rəhbəri olduğu klubda saxlaya bilməsə də, mənəvi borcundan bu cür çıxıb.

Qurbanovun xahişini AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdan edib və razılığını alıb. Keçmiş futbolçu skautluğa, əslində, yeni başlamayıb.

O, bir neçə ay öncə Türkiyə “bazar“ında siftə edib. Belə ki, yayda “Qarabağ“dan gedəndən sonra xeyli müddət klubsuz qalan Araz Abdullayevin “Boluspor“a keçidinə yardımçıı oluö.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti