Azərbaycan yığmasının sabiq baş məşqçisi Nikola Yurçeviç hazırda işsiz qalıb.
Sportinfo.az xəbər verir ki, 2018-ci ildə millimizi çalışdıran xorvatiyalı mütəxəssis koronavirus pandemiyasının bütün planlarını alt-üst etdiyini bildirib.
Avro-2020-nin seçmə mərhələsində ölkəmizin əsas komandasına cəmi 1 xal qazandıran və qovulan 55 yaşlı çalışdırıcı deyib:
“Azərbaycan millisindən ayrılandan sonra bəzi təkliflərim var idi. Ancaq koronavirus pandemiyası şəxsi həyatla yanaşı, karyeraya da mənfi təsir göstərdi”.

