Azərbaycan millisi Avropa çempionatının 5-ci səbətində

5 Yanvar 2021 20:00 Milli komanda 852
Azərbaycan millisi Avropa çempionatının 5-ci səbətində

21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçiriləcək AVRO-2023-ün seçmə mərhələsinin püşkatma vaxtı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, püşkatma mərasimi yanvarın 28-də İsveçrənin Nyon şəhərində baş tutacaq.

Bakı vaxtı ilə saat 13:00-da başlayacaq püşkatmada 53 komandanın rəqibləri bilinəcək.

Martda start götürəcək yarışda komandalar final mərhələsinə vəsiqə verən 14 yer uğrunda mübarizə aparacaqlar. Ev sahibləri Gürcüstan və Rumıniya avtomatik olaraq final mərhələsində iştirak hüququ qazanıb.

Püşkatma zamanı komandalar 9 qrupa bölünəcək. Səkkiz qrupda 6, bir qrupda isə 5 komanda mübarizə aparacaq. 9 qrup qalibi və ən yaxşı nəticə göstərən ikinci yerin sahibi final mərhələsinə birbaşa yollanacaq.

Digər 8 qrupun ikinciləri 4 vəsiqə üçün 2022-ci ilin sentyabrında pley-off oyunları keçirəcəklər.

Azərbaycan millisi püşk zamanı 5-ci səbətdə yer alacaq. UEFA İcraiyyə Komitəsinin qüvvədə olan qərarına əsasən, yığmamız Ermənistanla eyni qrupa düşə bilməz.

Həmçinin Cəbəllütariq – İspaniya, Bosniya və Herseqovina – Kosovo, Kosovo – Serbiya, Kosovo – Rusiya və Rusiya – Ukrayna görüşləri də olmayacaq.

1-ci səbət: İspaniya, Almaniya, Fransa, İngiltərə, İtaliya, Danimarka, Portuqaliya, Niderland, Xorvatiya
2-ci səbət: Avstriya, Polşa, İsveç, Çexiya, Belçika, Rusiya, Serbiya, İsveçrə, Yunanıstan
3-cü səbət: Slovakiya, İslandiya, Ukrayna, Sloveniya, İrlandiya, İsrail, Norveç, Bolqarıstan, Türkiyə
4-cü səbət: Şotlandiya, Şimali Makedoniya, Bosniya və Herseqovina, Uels, Şimali İrlandiya, Finlandiya, Macarıstan, Belarus, Albaniya
5-ci səbət: Monteneqro, Kosovo, Litva, Qazaxıstan, Moldova, Kipr, Farer adaları, Azərbaycan, Latviya
6-cı səbət: Lüksemburq, Ermənistan, Malta, Andorra, Estoniya, Cəbəllütariq, Lixtenşteyn, San Marino

Seçmə mərhələ mart 2021 – iyun 2022-ci illər aralığında keçiriləcək. Final mərhələsi isə 2023-cü ilin iyun-iyul aylarında baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı