Dünya şöhrətli məşqçi millimizə hörmətlə yanaşmadı

5 Yanvar 2021 19:40 Milli komanda 1 005
Dünya şöhrətli məşqçi millimizə hörmətlə yanaşmadı

"Bu iki yığma qrupda ən yüksək keyfiyyətə malikdir".

Sportinfo.az xəbər verir ki, tanınmış serbiyalı məşqçi Bora Milutinoviç bu açıqlama ilə çıxış edib.

Vaxtilə Meksika, Kosta-Rika, ABŞ, Nigeriya və Çin millisini çalışdırmış mütəxəssis ölkəsinin millisinin DÇ-2022 perspektivi haqda danışıb.

O, seçmə mərhələnin A qrupunda mübarizə aparacaq doğma komandasının Portuqaliya ilə birlikdə favorit olduğunu bildirib:

"İrlandiya bir qədər aşağı səviyyəlidir. Azərbaycan və Lüksemburq yığmalarında isə keyfiyyət elə də çox deyil. Hətta biz Qətərlə yoldaşlıq matçları da keçirəcəyik".

Azərbaycan millisi Serbiyaya qarşı ilk matçını martın 30-da Bakıda oynayacaq. İkinci qarşılaşma isə oktyabrın 12-də səfərdə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti