"Belə bir qrupun bütün komandalar üçün çətin olacağını düşünürəm. Əla oyunçularımız var.
Fikrimcə, seçmə mərhələdə ən vacib şey həvəs və ehtirasdır.
Oyunçular başa düşməlidirlər ki, bəlkə də, bu, onların bir çoxu üçün dünya çempionatında iştirak etmək baxımından son şansdır".
Sportinfo.az xəbər verir ki, bu fikirləri Meksika, Kosta-Rika, ABŞ, Nigeriya və Çin millisinin sabiq baş məşqçisi Bora Milutinoviç "danas.rs" saytına müsahibəsində Serbiya millisinin DÇ-2022-nin seçmə mərhələsindəki şanslarını dəyərləndirərkən deyib.
Azərbaycan millisi Serbiyaya qarşı ilk matçını martın 30-da Bakıda oynayacaq. İkinci qarşılaşma isə oktyabrın 12-də səfərdə olacaq.

