"De Byazinin üç-dörd aya da möcüzə edəcəyinə inanmıram"

4 Yanvar 2021 21:20 Milli komanda 1 117
"De Byazinin üç-dörd aya da möcüzə edəcəyinə inanmıram"

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, püşkatmaya 5-ci səbətdə qatılan Azərbaycan millisinin də seçmə mərhələdəki rəqibləri müəyyənləşib.

Yığmamız A qrupunda yer alıb. İtaliyalı Canni de Byazinin baş məşqçisi olduğu millinin qrupunda 5 komanda mübarizə aparacaq. Yığmamız Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq ilə üz-üzə gələcək.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a debr ki, komandadan dünya çempionatında uğur gözləmək çətin məsələdir:

“Komandamız qrup mərhələsində özündən güclü dörd rəqiblə oynayacaq. Millimizin baş məşqçisi Canni De Byazi öz işini göstərə bilməyib və üç-dörd aya da möcüzə edəcəyinə inanmıram.

Bu mərhələdə yığma komandamızın sadəcə xal qazanmağını proqnozlaşdırmaq olar. Milli komandamızda səviyyəli futbolçu qıtlığı var”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti