"Klublar milliyə güzəştə getməlidir" – HƏYƏCANLI AÇIQLAMA

4 Yanvar 2021 15:00 Milli komanda 1 085
"Klublar milliyə güzəştə getməlidir" – HƏYƏCANLI AÇIQLAMA

"Bunu gözləmək olardı, lakin bizim üçün çətin olacaq".

Sportinfo.az xəbər verir ki, bu sözləri 19 yaşlılardan ibarət yığmanın baş məşqçisi Samir Əliyev deyib.

COVID-19 pandemiyasının Avropa ölkələrinə təsiri nəzərə alınaraq, UEFA-nın bayrağı altında keçirilən bir sıra turnirlərlə bağlı qurumun İcraiyyə Komitəsi tərəfindən qərar qəbul olunub.

İclasda bir sıra turnirlərin seçmə mərhələri ləğv olunsa da, qərar 19 yaşlı oğlanların yarışına şamil edilməyib. Millimiz 2021-ci ilin martında Fransa, Yunanıstan və Moldovanın yer aldığı 8-ci qrupda mübarizəyə başlayacaq.

Əliyev UEFA-nın qərarını dəyərləndirib: "Həm çempionat keçirilmir, həm də yığmamızın əsas üzvləri, demək olar ki, Premyer Liqa və divizion klublarının oyunçularıdı.

Bildiyiniz kimi, Azərbaycan çempionatında fasilə də tez başa çatacaq. Oyunçuların milliyə dəvət olunması üçün klublarımız güzəştə getməlidilər. Bu da bir az çətin olacaq.

Həmin dövrdə futbolçular komandalarına lazım ola bilərlər. Heyət baxımından çətinlik çəkə bilərik. İstərdim ki, ölkə xaricində təlim-məşq toplanışı keçək.

Lakin indiki dövrdə bu, mümkün deyil. Qış tətilindən qayıdandan sonra hər şey bəlli olacaq. Amma 3 toplanış keçmək istəyirəm. Yanvarda, fevralda və əsas hazırlıq dövrü sayılacaq martda.

Yenə deyirəm, ölkə xaricində mümkün olsaydı, yaxşı olardı. Komanda yoldaşlıq görüşlərində qüvvəsini sınayardı. Lakin bu, baş tutmasa, paytaxtda yığışmalı olacağıq. Burda hazırlıq xarakterli matçlar keçirə bilərik. Gözləyək, görək nə baş verir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti