“Portuqaliya millisinin əla məşqçisi və çox şey öyrənən gənc futbolçuları var”.
Sportinfo.az xəbər verir ki, bunu Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo deyib.
Ulduz hücumçu yığmasının iddialarından danışıb. O, Avropa çempionu və Millətlər Liqasının qalibini olan komandanın növbəti titulları qazanmaq iqtidarında olduğunu açıqlayıb:
“Biz Avropa və dünya çempionu ola bilərik. Bunun üçün mübarizə aparacağıq”.
Portuqaliya 2020-ci ildən 2021-ci ilə təxirə salınan Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. DÇ-2022-yə yüksəlmək üçün isə Ronaldo və komandası Azərbaycan, Serbiya, İrlandiya və Lüksemburqla seçmə qrupundan çıxmalıdır.

