Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi vaxtilə Albaniyada işlədiyi dönəmi xatırladıb.
Sportinfo.az xəbər verir ki, italyan çalışdırıcı həmin ölkədə qazandığı uğur haqda bunları deyib:
"Mən Albaniyada olduğum vaxt çox az adam 2016-cı ildə Fransadakı Avropa çempionatına gedəcəyimizi düşünürdü. Orada da indi olduğum mövqedən başlamışdım. Mümkünsüz heç nə yoxdur".
Maraqlıdır ki, o, bir müddət əvvəl Albaniya yığması barədə səsləndirdiyi fikirlərlə diqqət çəkib.
64 yaşlı çalışdırıcı UEFA Millətlər Liqasının qrup mərhələsində VI turun Lüksemburqla oyunu öncəsi jurnalistlərin suallarını cavablandırarkən deyib ki, hazırda başçılıq etdiyi milli 2016-cı ildə Avropa çempionatının final məhələsinə çıxardığı komandadan daha yaxşıdır.
Onun sözləri hətta Albaniyada da geniş müzakirə olunub. Yerli mətbuatın yazdığına görə, azarkeşlər De Byazinin fikirlərini narazılıqla qarşılayıblar.

