Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Azərbaycanı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.
Bu münasibətlə italyan baş məşqçi sosial şəbəkədə video paylaşıb və təbrikini də Azərbaycan dilində səsləndirib.
De Byazinin paylaşdığı videoda futbol, futzal, çimərlik futbolu üzrə kişi və qadın komandalarının, U-17, eşitmə qüsurlu futzalçılarımızdan ibarət komandaların üzvləri xalqımıza təbriklərini və xoş sözlərini çatdırıblar.
Canni De Byazi ilə müqavilə 2020-ci il iyulun 30-da imzalanıb. De Byazi həm təyinatı ilə bağlı , həm də Qurban bayramı ilə bağlı də azərbaycanca səsləndirmişdi.

