Serbiyalı hücumçu millimizi özlərinə rəqib saymır

30 Dekabr 2020 21:20 Milli komanda 689
Serbiyalı hücumçu millimizi özlərinə rəqib saymır

“Hər bir futbolçu üçün ən böyük qürur ölkəsinin ən yaxşı futbolçuları arasına düşmək, milli komandasının formasını geyinmək və meydanda mübarizə aparmaqdır”.

Sportinfo.az xəbər verir ki, bunu Serbiya yığmasının hücumçusu Aleksandar Priyoviç deyib.

Hazırda Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun formasını geyinən 30 yaşlı forvard DÇ-2022-nin seçmə mərhələsində düşdükləri qrupu dəyərləndirib.

O, əsas rəqibləri arasında yığmamızı görməyib: “Portuqaliyaya qarşı oynamaq çox çətin olacaq. Amma İrlandiyanı da unutmaq olmaz. Onlar döyüşkən və ağır rəqibdirlər. Buna baxmayaraq, Serbiya yığmasının dünya çempionatına vəsiqə qazanacağına inanıram”.

Serbiya DÇ-2022-nin qrup mərhələsində Portuqaliya, İrlandiya, Azərbaycan və Lüksemburqla mübarizə aparacaq. Martın 24-də baş tutacaq ilk turda millimiz Portuqaliyanın qonağı olacaqsa, serblər İrlandiyanı qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti