Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi İrlandiya mediasına qonaq olub.
Sportinfo.az xəbər verir ki, o, komandamızla DÇ-2022-nin seçmə mərhələsində mübarizə aparacaq irlandiyalı futbolçuların ölkə xaricində çıxış etməsinə diqqət çəkib.
İtaliyalı çalışdırıcı bunun üstünlük olduğunu söyləyib: "Sizin "Liverpul"da çıxış edən qapıçınız var. Belə komandada 22 yaşlı qapıçının olması yığma üçün yaxşıdır.
Azərbaycanda isə oyunçular yerli çempionatda çıxış edir. İrlandiya millisinin oyunçuları İngiltərədə oynayır.
Azərbaycandakı çempionat İngiltərədəki liqalarla müqayisədə daha aşağı səviyyədədir. Texniki səviyyə yaxşıdır, lakin rəqabət azdır".

