“Bizim ən böyük problemimiz özümüzük“.
Sportinfo.az xəbər verir ki, bu etirafı Serbiya millisinin qapıçısı Marko Dmitroviç edib.
Serbiya DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya, İrlandiya, Lüksemburq və Azərbaycanla mübarizə aparacaq. İlk tur çərçivəsində 2021-ci il martın 24-də Portuqaliya – Azərbaycan və Serbiya – İrlandiya matçları baş tutacaq.
İspaniyada - “Eybar“da legioner həyatı yaşayan kiper millinin problemlərini sadalayıb: “Səfərdə Portuqaliya ilə heç-heçə edirik, Volfsburqda Almaniyaya müqavimət göstəririk, ancaq evdə şotlandlara qalib gələ bilmirik.
Komandamızda stabillik çatmır. Biz serblər uduzduğumuz zaman səhvlərimizi təkrarlayırıq, sistemə inanmırıq. Məğlubiyyət yalnız dərs çıxardığın zaman yaxşıdır. Özümüzə inanmalıyıq, hər şeyi bir gecədə dəyişdirməyə çalışmamalıyıq”.

