De Byazi bu qərarının səbəbini ilk dəfə dedi – Onlar milliyə niyə çağırılmır?

29 Dekabr 2020 14:20 Milli komanda 1 187
De Byazi bu qərarının səbəbini ilk dəfə dedi – Onlar milliyə niyə çağırılmır?

«Bəli, hazırda əlimdə olan oyunçuların beynəlxalq təcrübəsinin olmadığını demişəm və bunu bir daha təkrar edirəm».

Sportinfo.az xəbər verir ki, bu açıqlama millimizin baş məşqçisi Canni De Byaziyə məxsusdur.

O, son bir ayda xarici KİV-lərə verdiyi müsahibələrdə yığma üzvlərinin beynəlxalq təcrübəsinin olmamasını vurğulayıb.

Amma millinin sükanı arxasına keçdikdən sonra Dmitri Nazarov, Eddi İsrafilov, Rufət Dadaşov, Riçard Almeyda kimi təcrübələri olan legionerləri komandaya cəlb etməyib.
İtalyan çalışdırıcı qərarını bu cür əsaslandırıb:

«Düzdür, həmin oyunçuların xarici liqalarda oyun təcrübələri var. Amma bu, müntəzəm olaraq beynəlxalq matçlarda oynamaqla eyni deyil. Onların yığmaya çağırılmamasına gəlincə, Millətlər Liqasına yeni futbolçularla başlamaq istədiyim üçün bu qərarı verdim».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti