“Yeni baş məşqçimizin seçilməsini gözləyirik. Əminəm ki, assosiasiya ən uğurlu varianta üstünlük verəcək”.
Sportinfo.az xəbər verir ki,bunu Serbiya yığmasının qapıçısı Marko Dmitroviç deyib.
İspaniyada “Eybar”ın şərəfini qoruyan 28 yaşlı qolkiper DÇ-2022-nin seçmə mərhələsindəki şanslarını dəyərləndirib. O, Azərbaycan yığmasının da yer aldığı qrupda sona qədər mübarizə aparacaqlarını söyləyib:
“Qrupumuzda Portuqaliya aşkar favoritdir. Ancaq artıq göstərmişik ki, öz səviyyəmizi ortaya qoyanda hər kəslə bacara bilirik.
Çətin olacaq, Avropa çempionatına getmək dünya çempionatına yollanmaqdan daha asandır. Çünki indi qrupda ikinci yeri tutan pley-off oynamalıdır. Sona qədər döyüşəcəyik, buna şübhə olmasın. Marta qədər tam hazır olmalıyıq”.
Serbiya DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya, İrlandiya, Lüksemburq və Azərbaycanla mübarizə aparacaq. İlk tur çərçivəsində 2021-ci il martın 24-də Portuqaliya – Azərbaycan və Serbiya – İrlandiya matçları baş tutacaq.

