"Bütün futbolçularda eniş və yüksəliş dövrləri olur. Bu baxımdan, Ramil Şeydayev də istisna deyil".
Sportinfo.az xəbər verir ki, bu sözlər millimizin baş məşqçisi Canni De Byaziyə aiddir.
İtalyan çalışdırıcı yığmanın ən fəal üzvlərindən biri olan, lakin son vaxtlar oyununda eniş yaşanan Ramil Şeydayev haqda danışıb:
"Mövsümün əvvəlində futbolçular forma yığmaqda çətinlik çəkirlər. Buna görə narahat deyiləm. Əminəm ki, müvəqqəti haldır".

