"2003-cü il təvəllüdlü futbolçularla yola davam edirik.
Hər şey planla gedir. Planlarımız var, amma əfsuslar olsun ki, koronavirus normal işləməyə imkan vermir.
Amma neyləmək olar, pandemiya artıq reallıqdır. Yəni, planlar heç də bizdən asılı deyil. İcazə verilsə, başlayacağıq".
Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA tərəfindən U-18 millisində baş məşqçi kimi fəaliyyətinə davam qərarı verilən Elxan Abdullayev deyib.
Abdullayev millimizlə keçirəcəyi toplanlanışların vaxtını da açıqlayıb: " Plan A var, Plan B var. Sadəcə bizdən asılı deyil. Biz plan yazıb veririk.
Amma bilirsiniz ki, pandemiya əsas maneədir. Yanvar və fevral ayına toplanış var. Düzdü, indi ölkə xaricinə getmək mümkün deyil. Amma Azərbaycanda hansısa toplanış keçirmək mümkündür".
Təcrübəli mütəxəssis çalışacağı futbolçuların son durumdan narahatçılığını ifadə edib: "2003 təvəllüdlər 2019-cu ildən bu günə oyun keçirməyiblər. Sonuncu dəfə həmin ilin payızında oyuna çıxıblar.
Öncə onlayın məşqlər olub, sonra bir müddət adi məşqlər keçirilib. Bu baxımdan bir az narazıyam. Heç daxili yarışlarda da meydana çıxmayıblar. Mən hələ beynəlxalq oyunlardan danışmıram"
O, rəhbərliyin də bu çətinlikləri nəzərə almalı olduğunu bildirib: "Hər bir normal insan başa düşür, nəzərdə saxlayır ki, indi vəziyyət nə yerdədir.
Bizdən nəsə tələb eləmək, böyük nəticə verməyi gözləmək düzgün deyil. Amma buna baxmayaraq imkan versələr biz başlamağa hazırıq. Sadəcə bəzi şeylər bizdən asılı deyil".

