De Byazi 3 gənci bəyəndi: "Ulduz xəstəliyinə tutula bilərlər"

27 Dekabr 2020 22:40 Milli komanda 1 416
De Byazi 3 gənci bəyəndi: "Ulduz xəstəliyinə tutula bilərlər"

“Artıq bu proses çoxdan başlayıb“.

Sportinfo.az xəbər verir ki, bu sözlər 19 yaşlılardan ibarət millinin baş məşqçisi Samir Əliyevə məxsusdur.

O, rəhbəri olduğu yığmanın 3 futbolçusunun Canni De Byazinin siyahısında yer aldığını bildirib:

“21 yaşlılardan ibarət millinin İsveçrə ilə son matçına mənim komandamdan 5 futbolçum çağırılmışdı. Ümumiyyətlə, bu yığmalar bir-biri ilə əlaqəlidir.

Milan Obradoviçlə oyunçular haqda müntəzəm danışıqlarımız olur. Onun şəxsən bəyəndiyi futbolçular var. Təbii ki, mən də öz təklifimi etmişəm.

Hələ üç futbolçum da əsas milli komandaya namizəddi. Ad çəkməyə ehtiyac yoxdur. Canni De Byazi həmin futbolçuların adını siyahısına salıb. Onları daim nəzarətdə saxlayır.

Musa Qurbanlı əslində U-19-un üzvüdür. Əsas yığmanın son toplanışına dəvət olundu, hətta Sloveniya ilə oyunda da meydana çıxdı. Onunla birgə siyahıya başqa biri də əlavə olunmuşdu.

Lakin son anda nəsə oldu və toplanışa getmədi. Bundan əlavə, başqa bir futbolçumuz da De Byazinin xüsusi nəzarətindədir.

Həmin 2 futbolçunun adını çəkmək istəmirəm. Ulduz xəstəliyinə tutula bilərlər. Həm ailəsindən, həm də başqa yerlərdən basqı ola bilər. Bu səbəbdən də istəmirəm ki, adlarını çəkim.

Yaxın zamanlarda milliyə dəvət olunanda, özünüz biləcəksiz. İndi əsas məqsədimiz həmin futbolçuların inkişafına nəzarət etməkdir. Onlara güvənib, dəstək olmaq lazımdır.

Çalışmalıyıq ki, belə futbolçularımızın sayı günü-gündən artsın. Çünki ölkəmizdə istedadlı futbolçular çoxdur. Onları tapıb, ortaya çıxarmaq isə bizim işimizdir. Bunun üçün də əlimizdən gələnin artığını edərik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti