KİN(li) AÇIQLAMA: "Özümü onunla müqayisə etməyəcəm"

27 Dekabr 2020 14:20 Milli komanda 1 279
KİN(li) AÇIQLAMA: "Özümü onunla müqayisə etməyəcəm"

Canni De Byazi daha əvvəl Azərbaycan millisində baş məşqçi postuna namizəd olan Roy Kin haqda çox danışmaq istəməyib.

Sportinfo.az xəbər verir ki, yığmamızın hazırkı çalışdırıcısı İrlandiya mediasına açıqlamasında 49 yaşlı həmkarı haqda qısaca bunları deyib: "

Kin əla və möhtəşəm oyunçu idi. Buna görə də özümü onunla müqayisə etməyəcəm".

Roy Kin son olaraq 2019-cu ildə "Nottingem Forest"də köməkçi-məşqçi vəzifəsini yerinə yetirib. AFFA 11 ildir heç yerdə fəaliyyət göstərməyən irlandiyalını millimizin sükanı arxasına gətirmək istəyirdi.

De Byazidən əvvəl ən real namizəd də o idi. Britaniya mediasının araşdırmasına görə, Bakıdan Kinə gələn təklif maddi cəhətdən kifayət qədər sərfəli olub.

Ancaq o, yığmamızda perspektiv görmədiyindən və vaxtının çoxunu ölkəmizdə keçirmək istəmədiyindən, bu çağırışı geri çevirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti