“Ufa” dünən Azər Əliyevlə müqaviləyə xitam verməsini açınqlayıb.
Onunla ayrılıq qarşılıqlı razılaşma əsasında baş tutub.
Azərbaycanlı futbolçu Başqırdıstan klubuna 2018-ci ildə “Krılya Sovetov”dan transfer olunmuşdu. O, bu müddət ərzində “Ufa”nın heyətində 51 oyun keçirib, iki qol vurub.
AFFA-ya bağlı menecerlər artıq 26 yaşlı yarımmüdafiəçiyə öz köməkliyini təklif edib.
Əliyev DÇ-2020-nin seçmə mərhələsində millimizin formasını geyinərsə, federasiya onun başqa ölkələrin birində legioner həyatı yaşamasına yarıdımçı olacağını vəd edib.
İndi seçimi özü etməlidir – Türkiyə, Portuqaliya, Cənubi Kipr, Slovakiya…
SPORTİNFO.AZ

