Millinin baş məşqçiai Canni De Byazi futbolçulara xüsusi tapşırıq verib.
İtalyan çalışdırıcı UEFA Millətlər Liqasında düşərgəyə dəvət etdiyi oyunçulardan dövlət himnini mükəmməl öyrənmələrini istəyib.
O, bunu etməyənləri bir daha düşərgəyə çağırmayacağını da elan edib.
Apenninli mütəxəssis deyib ki, şhimni bilməyən və oxumayan futbolçudan canıyananlıq gözləmir, çünki o, meydana çıxanda ölkə üçün mübarizə apardığını unudur, yalnız pulu fikirləşir.
Sitat: «Mən Albaniyada işləyəndə də hamıdan bunu tələb edirdim. Onlar istəyimi böyük sevinclə qarşıladılar. Gördülər ki, mən onların ölkəsi üçün necə can yandırıram. İndi Azərbaycandayam və özüm də himni öyrənməyə çalışıram. Düzdür, mənə b udili öyrənmək çətindir, ancaq müəyyən sözləri əzbərləmişəm».
SPORTİNFO.AZ

