De Byazinin dilindən "AXMAQ" kəlməsi çıxdı

25 Dekabr 2020 13:20 Milli komanda 904
De Byazinin dilindən "AXMAQ" kəlməsi çıxdı

"Həmkarım məndən 4 ay əvvəl - aprel ayında işə başlayıb, bu səbəbdən, o, komandası ilə bir az vaxt keçirib".

Sportinfo.az xəbər verir ki, bu sözlər millimizin baş məşqçisi Canni De Byaziyə aiddir.

İtaliyalı çalışdırıcı DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərimizdən İrlandiyaya rəhbərlik edən Stiven Kenni haqqında fikirlərini bu ölkənin mətbuatı ilə bölüşüb:

"İrlandiyanın əvvəlki oyunlarda problemi axmaq qollar buraxması idi. Millətlər Liqasının qrupunda Uelsə qarşı yaxşı çıxış etdiz, yaxşı oynadız, amma pis qol buraxdız.

Onlara məğlub olsaz da, daha yaxşı oynayan tərəf idiz. Oyun üslubunuzu bəyənirəm. Matçda qalib gəlmək üçün çox fürsətləriniz oldu, lakin son nöqtəni qoya bilmədiz".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti