"Portuqaliya, Serbiya və İrlandiya qrupda güclü üç komandadır".
Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi deyib.
Millimiz DÇ-2022-nin snçmə mərhələsində Serbiya, Portuqaliya, Lüksemburq və İrlandiya ilə birlikdə A qrupunda qərarlaşıb. İtaliyalı sükançı qrupun favoriti hesab edilən Portuqaliya barədə danışıb:
"Xəyalımızı gerçəkləşdirmək bizim üçün çox çətin olacaq. Biz bu qrupa beşinci səbətdən düşmüşük. Portuqaliya digərlərindən fərqli keyfiyyətə malikdir.
Təkcə Kriştianu Ronaldo yox, Avropanın digər böyük liqalarında oynayan futbolçuları var. Beynəlxalq arenada qol vurmaq asan deyil.
Komandanızda Ronaldo yoxdursa, qol vurmaq çətindir. İrlandiya Serbiya ilə birlikdə ikinci yer uğrunda mübarizə aparacaq.
Komandanın yeni baş məşqçi ilə yeni uğurlara kökləndiyini bilirəm. Millətlər Liqasındakı son üç oyunu və AVRO-2020-nin seçmə mərhələsindəki matçı izlədim. İngiltərə ilə oyunu da baxdım, İrlandiya yaxşı komandadır".

