"Millimiz bu dəfə də DÇ-2022-də sürpriz edəcək“

23 Dekabr 2020 19:40 Milli komanda 1 000
"Millimiz bu dəfə də DÇ-2022-də sürpriz edəcək“

“Millətlər Liqasında hamımız yığmadan yaxşı nəticə gözləyirdik, çünki bu, bizim kimi milli komandalar üçün böyük şansdır“.

Sportinfo.az xəbər verir ki, bu sözləri yığmanın sabiq müdafiəçisi Ruslan Abışov deyib.

Canni De Byazinin başçılıq etdi komanda DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq

“Sabah“ın kapitanı millinin keçmiş üzvü kimi şansımızı qiymətləndiririb: “Təəssüf ki, Millətlər Liqasında lazımsız xallar itirdik. Qarşıdan dünya çempionatının seçmə mərhələsinin oyunları gəlir.

Hər zaman qrupumuzda bu cür çətin rəqiblər olub, ilk hal deyil. Evdə keçirdiyimiz oyunlarda yaxşı çıxış etməyə çalışırıq.

Səfər görüşlərində isə çətinlik çəkirik. Düşünürəm ki, millimiz bütün seçmə mərhələlərdə olduğu kimi, bu dəfə də sürpriz edəcək“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti