“Hazırda vətənimdəyəm, koronavirus pandemiyası səbəbindən ölkəmə qayıtmışam“.
Sportinfo.az xəbər verir ki, bunu gənclər yığmamızın baş məşqçisi Milan Obradoviç deyib.
AFFA-nın daha bir mövsüm U-21-in sükanı arxasında saxlamaq istədiyi serbiyalı ailə problemlərinin olduğunu, yalnız bir müddət sonra Bakıya qayıda biləcəyini söyləyib:
“Azərbaycanda bu infeksiya geniş vüsət alıb. Birmüddətlik oradan getmişəm. Həm də ailə üzvlərimdən biri özünü yaxşı hiss etmirdi. Onun üçün çox narahat idim.
İndi hər şey qaydasındadır, özünü yaxşı huss edir. 3-4 həftəliyə Serbiyaya gəlmişəm. Həm də yeni ilə görə istirahət edəcəm.
Ailəm, doğmalarım ilə birgə olmaq istəyirəm. Onlarla vaxt keçirmək niyyətindəyəm. Yanvarın 15-də Bakıya qayıdacam və federasiya rəsmiləri ilə görüşüm olacaq.
İlkin mərhələdə yeni müqavilə imzalanması razılaşdırılıb. Hesabatıma baxılıb və yeni komanda formalaşdırmaq tapşırılıb. Konkret hədəflər barədə nəsə demək tezdir.
Hər şey yeni ildə - yanvarın 15-də tam dəqiqləşəcək. Ümid edirəm ki, daha yaxşı işlər görə biləcəyik. Qarşımıza qoyulacaq tapşırığı yerinə yetirmək niyyətindəyəm.
Bu məsələlər hələ tam bilinmir. Ümumi dəyərləndirmədən və görüşdən sonra hər şey bəlli olacaq”.

