"Ortada bir nəticə olsaydı, biz də deyərdik ki, kişi işləyir"

20 Dekabr 2020 17:40 Milli komanda 947
"Ortada bir nəticə olsaydı, biz də deyərdik ki, kişi işləyir"

"Millidə azərbaycanlı məşqçi işləsə, yəqin ki, maaşı 3500-5000 manat arası olacaq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Sənan Qurbanov deyib.

A kateqoriyalı məşqçi hesab edir ki, AFFA yerli mütəxəssislərə dəyər vermir. O, buna misal kimi Milan Obradoviçi göstərib. Qurbanovun fikrincə, federasiya ölkənin pulunu xaricilərin cibinə axıdır:

"Onun 30-35 min dollar maaş alması şişirdilmiş rəqəmdir. Belə çıxır, ona öz ölkəsindən, Rusiyadan, Türkiyədən və digər Avropa ölkələrindən o qədər təkliflər var ki, biz də yapışmışıq Obradoviçdən. Ki, birdən bizim millini qoyub gedər.

Əcnəbinin pulu hər zaman çox olub. Əcnəbilər bizə bir az şirin gəlir də, yəqin. Amma sabah müqaviləsi bitəndə, çıxıb gedəcək. Marağında da olmayacaq Azərbaycan futbolunun vəziyyəti.

Ortada bir nəticə olsaydı, əlbəttə, biz də deyərdik ki, kişi işləyir. Biz özümüz də baxıb nəsə öyrənərdik. Öyrənmək heç vaxt ayıb deyil.

Ancaq vallah, onlar bizdən öyrənirlər. Uzağı, bizdən yaxşı dil bilə bilərlər. O, ingiliscə daha yaxşı danışar, amma biz yox. Heç bir millimizdə inkişaf yoxdur. Xarici məşqçilər elə gəlir-gedir.

Heç bir yerdə işləməyən Nikola Yurçeviç gəldi, 1 il qazandı, getdi. Elə o şansı yerli məşqçimizə verərdik də… Əcnəbi gəlib nəsə etmirsə, ona "dur" deyən lazımdır axı.

Məsələn, Roman Qriqarçuk. Adam gəldi, "Qəbələ"ni iki dəfə Avropa Liqasının qrupua apardı. Bu adama heç nə demək olmaz".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti