"Bu qədər pul xərcləyib, De Byazini gətirməyə heç bir ehtiyac yoxdur"

19 Dekabr 2020 21:20 Milli komanda 1 217
"Bu qədər pul xərcləyib, De Byazini gətirməyə heç bir ehtiyac yoxdur"

"Futbolçu seçimi də o qədər çox deyil, ona görə də heç bir nəticəyə ümid eləmək olmur".

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin və "Neftçi"nin keçmiş yarımmüdafiəçisi Bəxtiyar Musayev deyib.

Hazırda skaut olaraq fəaliyyət göstərən mütəxəssis yığmanın DÇ-2020 perspektivinə inanmadığını etiraf edib. O, indiki dönəmdə Canni de Byazi kimi əcnəbilərə pul xərcləməyin mənasız olduğunu bildirib: "

Bu qədər pul xərcləyib, De Byazini gətirməyə heç bir ehtiyac yoxdur. Ödənilən pulların qarşılığında De Byazi UEFA Milətlər Liqasında heç bir qığılcım da olsa, vermədi.

Yalnız Kipr üzərində qələbə qazandı. Bu Kipr də son bu neçə ildə gördüyüm ən bərbad Kiprdir. Onlar Millətlər Liqasında San Marino kimi millilər səviyyəsində çıxış etdilər.

Biz Kipri udmadıq, onlar bizə məğlub oldu. Bu, mənim tam səmimi fikrimdir. Hər bir futbol mütəxəssisiylə oturub, oyunu izləyə-izləyə başa salaram ki, burada biz güclü deyilik, Kipr bərbad gündədir.

Kiprin heyətində bir çox futbolçu APEOL-də çıxış edirdi. APOEL-in "Qarabağ"la oyunların izləmişik. Millimizin Kiprdə qələbə qazandığı görüşdə APOEL-in heç bir futbolçusu çıxış etmirdi. Hansı ki, onların əsas gücü o futbolçulardadır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti