"Onlardan çox bilirik, amma bizə şans vermək istəmirlər"

19 Dekabr 2020 17:20 Milli komanda 1 091
"Onlardan çox bilirik, amma bizə şans vermək istəmirlər"

"U-21 və digər millilərə hər hansısa əcnəbinin gəlib nəsə edəcəyi mümkün deyil".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Sənan Qurbanov deyib.

"Qəbələ"dən ayrıldıqdan sonra işsiz qalan gənc mütəxəssis milli komandalarda yerli məşqçilərə olan inamsızlıqdan şikayətlənib:

"Açıq-aydın bizə şans vermək istəmirlər. Obradoviç də bizim kolleqamızdır. Mənim ona heç bir etirazım yoxdur. Ona uğurlar arzulayıram.

Mənim ölkəmin millisində işləyirsə, ona uğurlar arzulamalıyam. Amma onların heç biri yerli məşqçilərimizdən savadlı deyil. Gəlsinlər, oturaq hansı mövzuda istəyirlər, danışaq.

Futbolun hansı tərəfindən istəyirlər müzakirə edək. Biz onlardan çox bilirik ki, az bilmirik. Yerlilərdən kimsə uğursuz olubsa, onun üzərindən xətt çəkmək olmaz. Amma bunu bizə edirlər.

Belə götürəndə Obradoviç nə edib ki, biz ona millidə yenidən şans verdik? Bilmirəm nəyini bəyənirlər, harda görüb seçirlər. Eşidirdim ki, Tərlan Əhmədov və ya Mahmud Qurbanov U-21-də baş məşqçi ola bilər.

Amma yenə Obradobiçlə davam etdilər. Deməli, bizimkilərə inam yoxdur. Niyə görə yoxdur, onu da bilmirəm. Amma Azərbaycan Premyer Liqasına baxanda titul qazananlar, nəticə verənlər elə yerli baş məşqçilərdi".

Qurbanov milli komandalarımıza əcnəbi məşqçinin gətirilməsini mənasız sayır: "Əsas millidə də seçimimizi De Byazi ilə etmişik. Millətlər Liqası bizim üçün nəticə verməyə ən münasib yer idi.

Orada da nəticə verə bilmiriksə, artıq bu sübutdur ki, bizə əcnəbi baş məşqçi lazım deyil. Öz məşqçilərimiz inkişafdadır. Onlara şans vermək lazımdır.

Əlbəttə, dəvət gəlsə, aşağ yaş qrupu millilərdə çalışaram. Məşqçi üçün pis hal odur ki, uzun müddət işsiz qalsın. Bu gün dəvət olmayanda insanda qınaq yaranır. Fikirləşirsən ki, nəyə görə belədir. Savad baxımından, işə yanaşmada heç kimdən geri qalmırıq. Sadəcə şans verilmir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti