"Biz heç vaxt deyə bilmərik ki, filan qrup bizim üçün zəifdir"

18 Dekabr 2020 16:40 Milli komanda 769
"Biz heç vaxt deyə bilmərik ki, filan qrup bizim üçün zəifdir"

«Məncə, biz heç vaxt deyə bilmərik ki, filan qrup bizim üçün zəifdir və ya güclü qrupa düşdük, çünki zəif qrupdan da çıxa bilmədik».

Sportinfo.az xəbər verir ki, bu fikirləri millimizin sabiq hücumçusu Vaqif Cavadov səsləndirib.

İki ildir yaşıl sahələrdən uzaq düşən forvard. DÇ-2022-nin seçmə mərhələsindəki rəqibləri dəyərləndirib.

«O, uğurlu nəticə üçün komandaya nə lazımdır» sualını bu cür cavablandırıb: «Millətlər Liqasında hamı deyirdi ki, Kosovo, Malta kimi ölkələrin olduğu qrupdan çıxacağıq və s.

Amma nəticə fərqli oldu. Ona görə də bizim üçün hər bir rəqib çətindir. Azərbaycan millisi indiyədək sübut edib ki, istənilən komandadan xal ala bilərik.

Yenidən bunu sübut etmək lazımdır. Bura çağrılan hər bir futbolçu dərk etməlidir ki, artıq millinin heyətindədir, klubun yox.

Millinin heyətindəsənsə, bu komandanı layiqincə təmsil etməlisən. Sən yüz faiz yox, iki yüz faiz əlindən gələni etməlisən. Bu halda nəticə mütləq olacaq.

Sadəcə, istək olmalıdır və hər futbolçu yığmaya ideal formada gəlməlidir. Qrup, bu rəqiblərlə mübarizə, əlbəttə, çətin olacaq, favoritlərin kimlər olduğunu bilirik».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti