"Azərbaycan millisi bizim köhnə tanışımızdır"

17 Dekabr 2020 23:00 Milli komanda 747
"Azərbaycan millisi bizim köhnə tanışımızdır"

"Bizim üçün yaxşı püşk oldu. Portuqaliya, Lüksemburq və İrlandiya köhnə tanışlardır.

Azərbaycan millisi barədə də eyni sözləri deyə bilərəm. Əvvəlki seçmə mərhələlərdə bu yığmalarla qarşılaşmışıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Serbiya millisinin qapıçısı Marko Dmitroviç "novosti.rs" saytına açıqlamasında DÇ-2022-nin püşkünü dəyərləndirərkən deyib.

28 yaşlı kiper qrupdakı rəqiblərin münasib olduğunu bildirib: "Digər qruplara baxanda, bizdəki vəziyyətin pis olmadığını görmək olar. Buna görə də püşkdən razıyam".

Seçmə mərhələnin oyunlarına 2021-ci ilin martında start veriləcək. İspaniya "Eybar"ında çıxış edən qolkiper Potuqaliyanın favorit olduğunu etiraf edib:

"Amma qrupda istənilən komandanı məğlub etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bununla belə, reallıqdan qaçmaq olmaz. Portuqaliya hörmətəlayiq komandadır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti