"Yenə deyirəm, sözlərim səhv başa düşülüb".
Sportinfo.az xəbər verir ki, millinin baş məşqçisi Canni De Byazi bu iddia ilə çıxış edib.
İtaliyalı 2011-2017-ci illərdə rəhbərlik etdiyi Albaniya yığması barədə bir müddət öncə səsləndirdiyi fikirlərə aydınlıq gətirib:
"Bu, mediada əsl problemə çevrildi. Mən yığmanı qəbul etdiyim vaxtı nəzərdə tutmuşam. Təbii ki, ondan sonra komanda inkişaf etdi, sərəncamımda ölkə xaricində çıxış edən və beynəlxalq oyun təcrübəsi olan futbolçular var idi.
Azərbaycan millisində isə yalnız daxili çempionatda mübarizə aparan oyunçulardır. Onların beynəlxalq təcrübəsi yoxdur".
Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsində VI turun Lüksemburqla oyunu (0:0) öncəsi mətbuat konfransında azərbaycanlı futbolçulara daha zəif heyətlə Avropa çempionatının final məhələsinə vəsiqə qazandığını dediyini bildirib.

