"Məncə, tarix ərzində ən zəif millimiz indikidir" - Bəxtiyar Musayev

16 Dekabr 2020 09:40 Milli komanda 1 052
"Məncə, tarix ərzində ən zəif millimiz indikidir" - Bəxtiyar Musayev

"Qrupdakı rəqiblərimizə baxmaqdan çox, özümüzə baxmalıyıq. Komandamız ildən ilə geriləyir".

Millinin veteran futbolçusu Bəxtiyar Musayev DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində qarşılaşacağımız rəqibləri Sportinfo.az üçün dəyərləndirib.

Azərbaycan millisi seçmə mərhələdə Qətər, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq. DÇ-2022-nin ev sahibi olan Qətər seçməsinin nəticələri qrupa təsir etməyəcək.

Təcrübəli mütəxəssis hazırkı yığmanın gələcəyindən çox ümidsiz danışıb: "Komandanın bu yaxınlarda Millətlər Liqasında çıxışını izlədim. Məncə, tarix ərzində ən zəif millimiz indikidir.

Yeni gənclər gəlir, heyət cavanlaşır, amma çox təəssüf ki, heç bir irəliləyiş yoxdur. Bir cavan oynayanda, 3-5 nəfər də heç bir perespektivi olmayanlar milliyə çağrılır.

Böyük geriləmə var. Millimiz ürəkaçan səviyyədə deyil. Yaxşı bir şey də gözlənilmir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti