AFFA razılaşdı - Azərbaycan millisini 1 il çalışdıracaq

15 Dekabr 2020 16:00 Milli komanda 1 394
AFFA razılaşdı - Azərbaycan millisini 1 il çalışdıracaq

Milan Obradoviç daha 1 il 21 yaşlılardan ibarət yığmasını çalışdıracaq.

Bu barədə Sportinfo.az-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlqalər şöbəsinin rəhbəri Firuz Abdulla bildirib.

Federasiya mənsubunun sözlərinə görə, serbiyalı mütəxəssislə kontrakt avmotik olaraq qüvvəyə minib:

«Orada belə bir bənd var ki, 2 illik müddət bitəndən sonra tərəflərdən biri onun uzadılmasına etiraz etmirsə, müqavilə daha 1 il yenilənəcək.

İndiki halda AFFA Milan Obradoviçin fəaliyyətini davam etdirməsinə razıdır. Baş məşqçinin özü də bunda maraqlıdır. Serbiyalının qarşısına qoyulan yeni hədəflər və maliyyə şərtləri barədə isə hələ heç nə deyə bilmərəm».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti