"Hamı deyirdi ki, U-21-ə səni qoyurlar, axırda məni qoymadılar"

15 Dekabr 2020 14:20 Milli komanda 987
"Hamı deyirdi ki, U-21-ə səni qoyurlar, axırda məni qoymadılar"

Milan Obradoviçin Azərbaycan U-21 millisində baş məşqçi kimi müqaviləsi başa çatıb.

Onunla yolların ayrılacağı gözlənilir.

Artıq indidən serbiyalı mütəxəssisin yerinə namizədlər də var. Əsas adı çəkilən şəxs isə "Neftçi-2"nin baş məşqçisi Mahmud Qurbanovdur.

Qurbanov haqqında olan iddia ilə bağlı Sportinfo.az-a bunları deyib:

"3-4 il əvvəl də belə bir şey olmuşdu. Özümə heç nə deməmişdilər. Onda hamı deyirdi ki, U-21-ə səni qoyurlar. Amma axırda məni qoymadılar.

Ona görə də reallıq olmasa, nəsə demək olmaz. Hazırda da heç bir təklif yoxdur. Namizəd hamı ola bilər. Ancaq əsas odur ki, reallıq olsun".

Qurbanov təklif olsa, bu barədə düşünəcəksinizmi? sualını isə belə cavablandırıb: "Düşünmək üçün heç nə yoxdur. Biz məşqçilərin nə qədər seçimi olur ki, hələ bir düşünək də".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti