AFFA millinin üzvlərinə pul payladı – Amma hamısını yox…

15 Dekabr 2020 09:40 Milli komanda 938
AFFA millinin üzvlərinə pul payladı – Amma hamısını yox…

Millinin futbolçularının gözləntisi başa çatıb.

AFFA UEFA Millətlər Liqasının son turunda Lüksemburqla səfərdə qolsuz heç-heçə edən komanda üzvlərinin mükafatını ödəyib.

Əsas heyətdə meydana çıxanların hər birinə 15000 manat verilib. Monteneqro ilə rəsmi, Sloveniya ilə yoldaşlıq görüşlərinin mükafatı isə qarşıdakı günlərdə paylanacaq.

Federasiya yığma üzvlərinə gecikmənin səbəbini SOCAR-dan büdcəyə vəsaitin az daxil olmasıyla əlaqələndirilib. Eyni zamanda, vəd olunub ki, bu, müvəqqəti problemdir və neft şirkəti adambaşına düşən 20 min manatı ödəyəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti