Baş məşqçisini istefaya göndərdi - Millimizin rəqibi

15 Dekabr 2020 00:42 Milli komanda 675
Baş məşqçisini istefaya göndərdi - Millimizin rəqibi

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsinin A qrupundakı rəqiblərindən olan Serbiya yığmasının baş məşqçisi Lyubişa Tumbakoviç istefaya göndərilib.

Sportinfo.az Serbiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Onunla yolların AVRO-2020-nin seçmə mərhələsindəki uğursuzluğa görə ayrıldığı bildirilib.

A qrupunda Azərbaycan və Serbiya milliləri ilə yanaşı, Portuqaliya, İrlandiya və Lüksemburq seçmələri də yer alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti