“Kiçik oyunlar bizim üçün problem yaradır“

14 Dekabr 2020 14:40 Milli komanda 641
“Kiçik oyunlar bizim üçün problem yaradır“

“Əgər qrupumuzda yalnız üç komanda – İrlandiya, Lüksemburq və Azərbaycan olsaydı, işimiz daha asan olardı“.

Sportinfo.az xəbər verir ki, bu fikirlər Serbiya yığmasının sabiq çalışdırıcısı Lyubinko Druloviçə məxsusdur.

O, DÇ-2022-nin seçmə mərhələsinin püşkünə münasibət bildimrib və qrupda 2-ci yer uğrunda mübarizədən danışıb:

“İndi ikinci yer uğrunda əsas rəqibimiz İrlandiyadır. Onlar bizim üçün çox qeyri-münasib komandadır. Dublində onlara qalib gəldik, lakin final mərhələsinə rəqib çıxdı.

Kiçik oyunlar bizim üçün problem yaradır. Cəmi 8 oyunun olduğu qrupda səhv etməyə haqqımız yoxdur.

İkinci yer uğrunda mübarizə aparmalı, mümkün qədər Portuqaliyaya təzyiq etməliyik. İkinci olmaq üçün hər şey öz əlimizdədir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 İyul 18:10 Çək və bizə göndər!