“İndiki məqamda heç nə deyə bilmərəm, amma əlbəttə, çox çətin olacaq“.
Sportinfo.az xəbər verir ki, bu sözlər yığmamızın baş məşqçisi Canni De Byaziyə aiddir.
Albaniya millisi onun rəhbərliyi altında Lissabonda Portuqaliyaya qalib gəlib. Bu uğuru Azərbaycanla da təkrarlamaq mümkün olacaq?
İtalyan mütəxəssisə qulaq asaq: “Futbolda mümkünsüz heç nə yoxdur. Oyunçularımı Kriştianu Ronaldo ilə qarşılaşmaya psixoloji baxımdan necə hazırlayacam?
Bu səviyyədə futbolçu ilə qarşılaşırsızsa, əlavə motivasiyaya ehtiyac yoxdur. Sadəcə, oyunçuların özlərini sübut üçün qarşısıalınmaz arzusundan ən yaxşı şəkildə yararlanmaq məqsədilə gərginliyi və təzyiqi idarə etmək lazımdır.
Portuqaliya və Serbiyanın qrupda birinci yer uğrunda mübarizə aparıb, onlardan birinin dünya çempionatına birbaşa yollanacağını gözləyirəm, yoxsa masada başqa plan var?
Püşkdən sonra ilkin təəssüratım belədir ki, Portuqaliya və Serbiya dəyərinə, beynəlxalq təcrübəsinə, həm də gözəl futbol ənənələrinə sahib olduqlarına görə qrupun favoritləridir“.

