Canni de Byazi Albaniya millisindəki uğuruna görə bu ölkənin fəxri vətəndaşı adına layiq görülüb.
Sportinfo.az xəbər verir ki, onun hazırda ikili vətəndaşlığı var.
Serbiyanın "Informer" nəşrinin əməkdaşı italyan mütəxəssisə belə bir sual ünvanlayıb:
- Portuqaliya ilə yanaşı, Fransanı da məğlub etmisiniz və albaniyalıları tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə çıxarmısız. Orada isə Rumıniyaya qalib gəlmisiz. Azərbaycanla da oxşar sürprizlər hazırlayırsız?
De Byazinin cavabı ilə tanış olaq: "Azərbaycan millisində işə yenicə başlamışam. Bu qədər qısa müddətdə belə bir söz vermək qeyri-ciddi olardı. Albaniyada 6 il keçirdim və bu dövrün ikinci yarısında ən yaxşı nəticəmizi göstərərək, Avropa çempionatına vəsiqə qazandıq".

