Millimizin baş məşqçisi Canni de Byazi İkinci Qarabağ müharibəsindən söz açıb.
Sportinfo.az xəbər verir ki, 64 yaşlı çalışdırıcı bu dövrdə vəziyyətin komandadakı işinə təsirsiz ötüşmədiyini söyləyib:
"Münaqişə vaxtı ev oyunlarımızı Bakıda keçirmədik. Bu, bizim üçün böyük problem oldu.
Pandemiya isə vəziyyəti daha da gərginləşdirir. Oyunçu problemin varsa, pandemiya dövründə yeni işə başlamaq asan deyil".

