"Azərbaycan komandasına uduzmaq bizə baha başa gəldi"

13 Dekabr 2020 19:20 Milli komanda 1 107
"Azərbaycan komandasına uduzmaq bizə baha başa gəldi"

Serbiya millisinin sabiq hücumçusu Nikola Lazetiç DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, yer aldıqları A qrupunda Azərbaycana qarşı diqqətli olmağın vacibliyini vurğulayıb.

Serbiya Futbol Assosiasiyasının aşağı yaş qrupu üzrə milli komandaların direktoru vəzifəsinə təyin etdiyi 42 yaşlı mütəxəssis 2003-cü il fevralın 12-də AVRO-2004-ün seçmə mərhələsində 2:2 hesabı ilə nəticələnən Serbiya və Monteneqro – Azərbaycan matçı ilə bağlı acı xatirələrini bölüşüb:

“Bizim dövrümüzdə məhz Azərbaycan millisi ilə oyunlardakı itkilər önümüzü kəsmişdi. Bu, kağız üzərində yazılanların müasir futbolda mühüm rol oynamadığının ən yaxşı sübutudur.

Favoritlər heç vaxt arxayınlaşmamalı və hər bir rəqibi mütləq dəyərləndirməlidir. Oyunlar istəklə qazanılır, heç kimin özünü öncədən qalib elan etməsinə icazə verilmir.

Azərbaycanla Podqoritsadakı matçda çox xoşagəlməz təcrübə yaşadıq. Mənim də qol vurduğum görüşdə 2:0 öndə olsaq da, qələbə qazana bilmədik.

Bu təcrübə bizə baha başa gəldi. Çünki Avropa çempionatına vəsiqə yolunda qızıl xallar itirdik.

Ümid edirəm ki, mən və o vəziyyətdən keçən oyunçularımızın əksəriyyəti hazırkı millinin diqqətini Azərbaycana qarşı görüşlərdə onları gözləyən tələlərə yönəldə biləcəyik. Əminəm ki, bundan maksimum dərəcədə istifadə edəcəklər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti