3 yeni Liqanın yaradılması planı təxirə salındı

12 Dekabr 2020 17:00 Milli komanda 812
3 yeni Liqanın yaradılması planı təxirə salındı

UEFA U-19 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatının yeni formatı ilə bağlı qərarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, yeni formatın (komandalar reytinqə görə 3 Liqa ya (A, B, C) bölünmək şərtilə)) tətbiqinə başlanması planlaşdırılırdı.

Lakin koronavirus pandemiyası ilə əlaqədar qitə futbol qurumu tərəfindən U-19-lar arasında yeni formatda turnirin 2022/2024-cü il mövsümündə keçirilməsi nəzərdə tutulur.

Azərbaycan millisinin Avropa çempionatının ilkin seçmə mərhələsində keçirəcəyi oyunların məkanı müəyyənləşib. Komandamız matçlarını Lüksemburqda oynayacaq.

Yığmamız İspaniya, Belçika və Lüksemburqla birgə 8-ci qrupda mübarizə aparacaq. Qrup mərhələsinin görüşləri 2021-ci il 8-17 noyabr tarixlərində Lüksemburqda təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti