Canni De Byazinin Serbiyanın 2 futbolçusunu Azərbaycan yığmasına götürmək imkanı olsaydı, kimləri seçərdi?
Sportinfo.az xəbər verir ki, baş məşqçi serb həmkarlarımıza konkret ad çəkməyib:
"Çox çətin seçim olardı. Çünki heyətinizdə çoxlu sayda yaxşı oyunçu var. 2-3 oyunçunun adını çəksəm, başqalarını hirsləndirəcəyimdən qorxuram. Bu, sabah mənim üçün problem ola bilər (gülür). Ona görə də ən yaxşısı, ad çəkməyim".

